“Ruslar Qarabağ məsələsi ilə məşğul olmaq istəmir”

saytların hazırlanması

Evə çatdırılma

“Ruslar Qarabağ məsələsi ilə məşğul olmaq istəmir”

Siyasət

11 İyul 2022 20:15 2191


“Ermənistan üçün danışıqlar maraqlı deyil. Sülh sazişi, delimitasiya və demarkasiya mövzusu ermənilər üçün indi aktual görünmür. Qənaətimcə, onlar seçim ediblər və indiki mərhələdə onları danışıqlar maraqlandırmır. Əslində ermənilər köhnə siyasətlərinə dönüş edirlər. Çünki ərazi iddiaları, əsassız tələbləri qüvvədədir. Onlar düşünürlər ki, Azərbaycanın vəziyyəti dəyişmək imkanı yoxdur. Onlar ehtimal edirlər ki, rus sülhməramlılar köhnə erməni siyasətinin indiki şəraitdə rahat davam etdirməsinə əsas verirlər. Bu mənada indi əsas məqsəd sülhməramlılara pressinqlər və onlarla danışıqların aparılmasıdır. Amma onlardan tələb olunmalıdır ki, 10 noyabr razılaşmasının müddəalarını həyata keçirsinlər”.

Bunu Reyting.az-a Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov deyib.

T. Zülfüqarov əlavə edib ki, indiki mərhələdə Ukrayna müharibəsi səbəbindən ruslar Qarabağ məsələsi ilə məşğul olmaq istəmir: “Çünki ruslar Ermənistan və Azərbaycanın mövqeyi arasında seçim etməlidir. Bu baxımdan ruslar vaxtı uzatmaq taktikasına üstünlük verir”. Sezar pizza

Keçmiş nazir qeyd edib ki, Azərbaycan sülhün cəlbedici olmasını təkliflərlə ifadə edib və Türkiyə ilə birlikdə hərəkət edir:

“Biz sülh istədiyimizi və buna hazır olduğumuzu elan edirik. Bu da Azərbaycanın ərazi bütövlüyü və süverenliyi çərçivəsində olmalıdır. Eyni zamanda təbliğat aparılır ki, ermənilər beynəlxalq hüquqa zidd olan mövqe nümayiş etdirir. Erməni tərəfi bəyan edir ki, onların hərbçiləri Azərbaycan ərazisində qalacaq. Ehtimal edirəm ki, biz yeni addımlar atmağa hazırlaşırıq. Bu, konkret olaraq Laçın yolu ilə bağlı ola bilər”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!