Ruslar Ukraynada 4169 dinc sakin öldürüb

saytların hazırlanması

Evə çatdırılma

Ruslar Ukraynada 4169 dinc sakin öldürüb

Dünya

03 İyun 2022 09:31 840


Ukraynanın mülki itkiləri barədə statistik məlumatlar açıqlanıb.

Yenisabah.az xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatı (BMT) rəsmi məlumat yayıb.

Bildirilib ki, Ukraynada müharibə başlayan gündən - fevralın 24-dən indiyədək 4169 mülki şəxs həlak olub, 4982 nəfər yaralanıb. pizza

Rusiyanın hücumları nəticəsində 1580 kişi, 1038 qadın, 102 oğlan və 99 qız dünyasını dəyişib. Bundan əlavə, ölən 67 uşaq və nisbətən orta yaşlı 1283 şəxsin cinsiyyəti hələ müəyyən edilməyib.

Məlumatda qeyd olunub ki, xəsarət alan 4982 nəfərin 140-ı oğlan, 115-i qızdır. O cümlədən cinsiyyəti hələlik müəyyən edilməmiş 168 yaralı uşaq var.

"Faktiki rəqəmlər daha yüksəkdir, bəzi döyüş bölgələrindən məlumat gecikir, bir çox hesabat hələ təsdiqini gözləyir", - BMT bəyan edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!