Ruslar Ukraynada mina “əkib“: 75 min partlamamış sursat aşkarlanıb

saytların hazırlanması

Evə çatdırılma

Ruslar Ukraynada mina “əkib“: 75 min partlamamış sursat aşkarlanıb

Dünya

22 Aprel 2022 16:43 493


Ukraynadakı Fövqəladə Hallar Qrupları (DSNS) Rusiyanın geri çəkildiyi bölgələrdə insanların təhlükəsizliyi üçün partlamamış sursat və minalardan təmizləmə işlərini davam etdirir.

Yenisabah.az xəbər verir ki, Ukrayna rəsmiləri xarici KİV-ə Rusiya işğalının əvvəlindən indiyə kimi 75 minə yaxın partlamamış hərbi sursat aşkarladıqlarını açıqlayıblar.

Ukrayna rəsmiləri Rusiyanın ölkə daxilində geri çəkildiyi bölgələrdə partlamamış sursat və minalardan təmizləmə işlərini davam etdirdiklərini və 4 min 700 hektar sahədə 18 min partlamamış sursat və mina tapdıqlarını bildiriblər. Marqarita pizza

DSNS qrupları Çerniqov şəhərində havadan bombardman zamanı partlamamış FAB-500 və FAB-250 bombalarının ələ keçiriblər.

Qeyd edək ki, onlar bu sursatlarla daha çox Xarkov, Mikolayiv, Kiyev, Sumi və Donetsk bölgələrində qarşılaşdıqlarını bildiriblər.

Nəzrin Vahid 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!