Ruslarla danışıqlar aparacaq Ukranya nümayəndə heyətinə onlar daxildir - Adlar

saytların hazırlanması

Evə çatdırılma

Ruslarla danışıqlar aparacaq Ukranya nümayəndə heyətinə onlar daxildir - Adlar

Siyasət

28 Fevral 2022 12:49 896


Ukrayna nümayəndə heyəti Rusiya tərəfi ilə danışıqlarda iştirak etmək üçün Ukrayna-Belarus sərhədinə gəlib.

Yenisabah.az xəbər verir ki, bu barədə Ukrayna Prezidentinin Ofisi məlumat yayıb.

Nümayəndə heyətinə “Xalqın xidmətçisi” fraksiyasının sədri David Araxamia, Ukraynanın müdafiə naziri Oleksiy Reznikov, Prezident Aparatının rəhbərinin müşaviri Mixailo Podolyak, Ukraynanın Üçtərəfli Təmas Qrupunda nümayəndə heyəti rəhbərinin birinci müavini Andrey Kostin, Ali Radanın deputatı Rüstəm Umerov və Ukrayna xarici işlər nazirinin müavini Nikolay Toçitski daxildir. Danışıqların əsas mövzusu dərhal atəşkəsin əldə olunması və qoşunların Ukrayna ərazisindən çıxarılmasıdır. Marqarita pizza

Rusiya tərəfdən isə heyətə Prezident Vladimir Putinin köməkçisi Vladimir Medinski başçılıq edir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!