Rüstəm İbrahimbəyov Bakıda məclis qurdu - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Rüstəm İbrahimbəyov Bakıda məclis qurdu - Fotolar

Siyasət

18 Fevral 2019 01:36 1744


Tanınmış ziyalı, kinorejissor Rüstəm İbrahimbəyov 80 illik yubileyini keçirmək üçün Bakıya gəlib.

Bu barədə rejissor Əli İsa Cabbarov sosial şəbəkədəki hesabında bildirib. Onun restorandan keçirilən ziyafətdən paylaşdığı fotoda Yazıçılar Birliyinin sədri Anar, Azərbaycan Rəssamlar İttifaqının sədri Fərhad Xəlilov, professor Qulu Məhərrəmli, kinorejissor Tahir Tahiroviç, şair Baba Vəziroğlu  və başqa tanınmış şəxslər də yer alıb. 

Q.Məhərrəmli R.İbrahimbəyovun Bakıya döndüyünü təsdiqləyib.  pizza

Xatırladaq ki, Milli Şuranın fəxri sədri Rüstəm İbrahimbəyov 2013-cü il prezident seçkilərində iştirak qərarından sonra Azərbaycana qayıtmaqdan imtina etmişdi.

Onun barəsində hər hanası cinayət araşdırması olmasa da, İbrahimbəyov həbs təhlükəsini nəzərə alıb Azərbaycana gəlmədiyini bildirmişdi.

Strateq.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!