Xalq yazıçısı, kinorejissor Rüstəm İbrahimbəyovla Nizami Kino Mərkəzində vida mərasiminin ardından dəfn mərasimi keçirilib.
Yenisabah.az-ın məlumatına görə, yazıçı I Fəxri xiyabanda torpağa tapşırılıb.
Dəfn mərasimində mədəniyyət naziri Anar Kərimov, mədəniyyət və incəsənət xadimləri, mərhumun ailə üzvləri və dostları iştirak ediblər.
Qeyd edək ki, R.İbrahimbəyov martın 10-da Rusiyanın Moskva şəhərində dünyasını dəyişib.
Telegram kanalımız