Rüstəm İbrahimbəyov ölümqabağı oğluna nə deyib?

Rüstəm İbrahimbəyov ölümqabağı oğluna nə deyib?

Yazar Saytların hazırlanması

16 Mart 2022 12:57 2294


“İnsanın atasını itirməsi dərin kədərdir. Mən çox kədərliyəm".

Yenisabah.az-ın xəbərinə görə, bunu Bakıda jurnalistlərə açıqlamasında mərhum Xalq yazıçısı Rüstəm İbrahimbəyovun oğlu Fuad İbrahimbəyov deyib.

F.İbrahimbəyov atasının Azərbaycanda dəfn edilməsinə şad olduğunu dilə gətirib: "Atamın vəfatı gözlənilməz oldu. Amma şadam ki, o, vətənində dəfn ediləcək. Atamı sevənlər gəlib məzarını ziyarət edə biləcəklər. Əlbəttə o, böyük insan, möhtəşəm ata idi”.

O bildirib ki, atası ölümqabağı dostlarına salam çatdırmasını istəyib: “O, son sözündə bütün dostlarına salam söylədi. Dedi ki, əgər ölsəm, mənim bütün köhnə dostlarımı qucaqla, onlara sevgimi çatdır”.\Modern.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!