“Rüstəm mənim dostumdur, sağlığına tost demişəm” - Anar

“Rüstəm mənim dostumdur, sağlığına tost demişəm” - Anar

Yazar

18 Fevral 2019 20:18 1127


Tanınmış kinorejissor, xalq yazıçısı Rüstəm İbrahimbəyovun Bakıya gəlməsi, burda özünə yubiley keçirməsi haqda xəbər vermişdik. Həmin yubileydə bir çox tanınmış şəxslər iştirak etmişdi, ancaq vaxtiylə Milli şurada xalq yazıçısı ilə bir yerdə təmsil olunan şəxslərdən heç kim dəvət edilməyib. Yubiley mərasiminin sosial şəbəkələrdə də fotoları yayılıb və sosial şəbəkə istifadəçiləri Rüstəm İbrahimbəyovun Bakıda olmasını təəccüblə qarşılayıblar.

Məsələ ilə bağlı həmin yubiley mərasimində iştirak edən, Rüstəm Ibrahimbəyovun yaxın dostu, xalq yazıçısı, Azərbaycan Yazıçılar İtifaqının sədri Anar Rzayevdən açıqlama verib. O Rüstəm İbrahimbəyovun yubiley mərasimində sadəcə dostu kimi iştirak etdiyini bildirib.

“Rüstəm İbrahimbəyov mənim illərdir dostumdur, görkəmli yazıçıdır, yubileyini qeyd edib, məni də dəvət edib, getmişəm, təbrik etmişəm, sağlığına tost demişəm. Bakıya gəlmişdi mənə zəng etdi ki, yubileyimi qeyd edəcəm məni də dəvət etdi, getdim. Bura necə gəlib, başqa hansı işlərlə bağlı gəlib, mən bilmirəm. Orda başqa şəxslərdə iştirak edirdi.”

Rüstəm İbrahimbəyovun həmin yubileydə siyasətdən getdiyini bildirməsi ilə bağlı suala cavab olaraq Anar Rzayev bunları deyib. “Mən orda olanda bu barədə söhbət olmayıb. Ola bilər məndən qabaq bu barədə danışıb, mən bilmirəm. Orda başqa siyasətlə bağlı söbət olmayıb, sadəcə sənətdən danışılıb. Bunlar sizi niyə maraqlandırır? Bu barədə onun özündən soruşun. Bura necə gəldiyini, nə üçün gəldiyini, mən hardan bilim…”

Bizimyol.info


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!