Separatçıların lideri Araik Arutunyan terrorçudur. Azərbaycanın hüquq mühafizə orqanları bu cani barəsində cinayət işi açıb. Araikin ömrünün qalan hissəsini həbsxanada keçirməsi üçün lazımi hüquqi baza mövcuddur. Mən İsa bulağından içdiyi suyun bir gün onun burnundan gələcəyinə adım kimi əminəm…
Araikin və rəhbərlik etdiyi qondarma administrasiyanın tarixin zibilliyinə göndəriləcəyi gün uzaqda deyil. Tezliklə Xankəndi də daxil olmaqla Dağlıq Qarabağın bütün şəhər və qəsəbələrində, hətta ən ucqar kəndlərində də Azərbaycanın üçrəngli bayrağı dalğalanacaq. Bunu Araik də, onu himayə edən qüvvələr də yaxşı bilir. Əgər bu adamlarda dırnağın ucu qədər ağıl varsa, ötən gün Şuşa rayonunun Qaladərə kəndində baş verən hadisələrdən ibrət dərsi götürməlidirlər. Müzəffər Ordumuzun dağda-dərədə gizlənən erməni yaraqlılarını Qaladərədə olduğu kimi qoyun tək qabağına qatıb, donuz kimi yemləməsi an məsələsidir…
Qələbə sevincini yaşadığımız bu tarixi günlərdə baş verən bəzi hadisələr bizi məyus edir, ləziz yeməyin içinə düşən milçək kimi könlümüzü bulandırır. Ən azı üç gündür cəmiyyət Rusiya sülhməramlılarının Dağlıq Qarabağdakı fəaliyyətini müzakirə edir. Xəritə qalmaqalı geridə qaldı. Sülhməramlı kontingentə başa salındı ki, başları girməyən yerə burunlarını soxmasınlar. İnsafən, başa düşdülər…
Amma mənim hələ də başa düşmədiyim məqamlar da var. Əcəba, Rusiya sülhməramlılarının komandiri Rüstəm Muradovun üç gündən bir quldurbaşı Araiklə görüşməyinə nə ehtiyac var? O boyda generalı müharibə vaxtı qorxusundan siçan kimi dəlmə-deşikdə gizlənən Arutunyanla hansı tellər bağlayır? Muradov Araikin qara qaşına, yoxsa qara gözünə aşiq olub ki, hər dəfə görüşəndə onu bağrına basır?
Ermənilər Qafqaza qədəm basdıqları gündən ayağısürüşkən arvad kimi qucaqdan-qucağa hoppanıblar. Yaxın tariximizdə bununla bağlı çoxlu nümunə var. Bu etibarsız millət rusların özlərini də dəfələrlə uzaq amerikalılara, soyuq avropalılara dəyişib. Bu əxlaqın sahibi olan adamlarla kamera qarşısında qol-boyun olmaq heç kimə, o cümlədən, tərəfsizliyini qorumağa borclu olan cənab Muradova başucalığı gətirmir. Nə olsun ki, boyu ucadır…
Uca boy, şax qamət Allahın insana lütfüdür. Gərək elə adamlarla oturub-durasan ki, bi gün “o boy-buxunundan utan” deməsinlər…
Seymur VERDİZADƏ
Telegram kanalımız