Rüşvət alan yol polisi haqda rəsmi açıqlama

saytların hazırlanması

Evə çatdırılma

Rüşvət alan yol polisi haqda rəsmi açıqlama

Avto

27 Dekabr 2019 11:09 12378


Sosial şəbəkələrdə yol polisinin yük maşınları sürücülərindən rüşvət istəməsi barədə video yayılıb.

Videodan yol polisinin yük maşınlarının sürücülərindən "postun pulu" adı ilə 10 manat istərən YPX əməkdaşı əks olunub.

Məsələyə aydınlıq gətirmək üçün Baş Dövlət Yol Polisi İdarəsi ilə əlaqə saxladıq. BDYPİ-nin HTT və İQƏŞ-nin rəisi, polis polkovnik-leytenantı Rüfət Quliyev BAKU.WS-ə açıqlamasında bildirdi ki, təqdim olunmuş video görüntüyə baxış keçirilib. pizza sifarişi

“Yayılan video ilə bağlı araşdırma aparılacaq. Araşdırmalardan sonra məsələyə hüquqi qiymət veriləcək”, - deyə Rüfət Quliyev bildirib.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!