Ryabkov: “Rusiya İrəvanla Bakı arasında nizamlanmanın əldə olunacağına əmindir“

saytların hazırlanması

Evə çatdırılma

Ryabkov: “Rusiya İrəvanla Bakı arasında nizamlanmanın əldə olunacağına əmindir“

Siyasət

21 İyul 2023 23:21 828


Rusiya Bakı ilə İrəvan arasında münasibətlərin nizamlanmasına nail olacağına əmindir.

Yenisabh.az Armenpress-ə istinadla xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov deyib.

O bildirib: "Tamamilə əminik ki, Ermənistan və Azərbaycan siyasətçiləri Rusiyanın bütün mərhələlərdə irəli sürdüyü mövqeyə həssas və məsuliyyətli yanaşırlar. Düşünürəm ki, səylərimiz istənilən nəticəni verəcək və nizamlanma əldə olunacaq". Marqarita pizza

Nazir müavini vurğulayıb ki, Rusiya tərəfi Qərbdən fərqli olaraq, Ermənistan və Azərbaycan arasında münaqişədə yalnız sabit nizamlanma formulu axtarır və hər iki tərəf üçün başa düşülən variant üzərində işləyir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!