“Saakaşvili dövlət çevrilişi etmək üçün gəlib” 

saytların hazırlanması

Evə çatdırılma

“Saakaşvili dövlət çevrilişi etmək üçün gəlib” 

Siyasət

02 Oktyabr 2021 11:32 964


“Mixail Saakaşvil ilə bağlı bütün prosedurlar hüquqi qaydalara uyğun aparılacaq. Xüsusi əməliyyata gəldikdə isə, bunun öz qaydaları var. Hədəfə çatmaq üçün məxfilik yüksək səviyyədə qorunmalıdır”.

Yenisabah.az “Azadlıq Radiosu”-nun Gürcü Xidmətinə istinadla xəbər verir ki, bunu Gürcüstanın hakim partiyanın sədri və sabiq parlament spikeri İrakli Kobaxidze səsvermədən sonra məntəqədə jurnalistlərin suallarını cavablandırarkən deyib.

Jurnalistlərin Mixail Saakaşvilinin ölkəyə qayıtması və iqtidar komandası tərəfindən həbs edilməsi barəsində olan suallarına o, belə cavab verdi: Dominos pizza

“Mixeil Saakaşvili 18 ildir ölkəni sakitləşdirməyən, əksinə onu çalxalayan bir insandır. O, dövlət çevrilişi və etiraz aksiyalarını həyata keçirmək üçün Gürcüstana gəlib və təbii ki, hüquq-mühafizə orqanlarımız mükəmməl hərəkət edərək, bunun qarşısını aldılar. Hər şey sakit olacaq, çünki bu gün seçkilərin sakit bir mühitdə keçməsi çox vacibdir”.

İ. Kobaxidze hakim partiyada siyasi təqiblərlə bağlı suallara isə cavab verməkdən boyun qaçırdıb.

Rafi Müslümov


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!