Saakaşvili ilə bağlı sual baş naziri əsəbiləşdirdi:   “Belə xəstə suala...”

saytların hazırlanması

Evə çatdırılma

Saakaşvili ilə bağlı sual baş naziri əsəbiləşdirdi: “Belə xəstə suala...”

Siyasət

25 Oktyabr 2021 18:29 1227


Gürcüstanın baş naziri İrakli Qaribaşvili “Birinci kanal”ın jurnalistini Mixail Saakaşvilinin səhhəti ilə bağlı suala görə tənqid edib.

Yenisabah.az xəbər verir ki, jurnalist Baş nazirdən sabiq prezident öləcəyi təqdirdə məsuliyyəti öz üzərinə götürüb-götürməyəcəyini soruşub:

“Mən hər kəsi daha çox məhəbbət və xoş sözlərlə danışmağa çağırmaq istəyirəm, o cümlədən sizin “liderinizi də”. Siz necə canlı insan haqqında belə danışa bilərsiniz?! Belə olmaz! Baxın, biz bu cür aqressiyaya, nifrətə son qoymalıyıq və 30 oktyabrda hər şey bəlli olacaq. Bu başlıca sənin, xalqımız və ölkəmiz üçün pisdir. Belə xəstə suala necə normal cavab verə biləsən axı? Bilmirəm nə cavab verim? Pepperoni pizza

Orada bütün şərait var, bütün lazımi avadanlıqlar yerindədir və təbii ki, lazım gələrsə, biz tam səfərbər olacağıq, həkimlər cəlb ediləcək. Sakit ol, biz məhbus Saakaşviliyə yaxşı baxacağıq”, - deyə Qaribaşvili bildirib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!