“Saakaşvili Qaçaq Nəbi kimi dağlarda gizlənəcək”   – Zərdüşt Əlizadə

saytların hazırlanması

Evə çatdırılma

“Saakaşvili Qaçaq Nəbi kimi dağlarda gizlənəcək” – Zərdüşt Əlizadə

Siyasət

01 Oktyabr 2021 16:10 1252


“Təssüf ki, nə Gürcüstan hakimiyyəti, nə də Mixeil Saakaşvili özünə heç hörmət etmir”.

Bu sözləri Yenisabah.az-a açıqlamasında siyasi analitik Zərdüşt Əlizadə bildirib.

O, Mixeil Saakaşvilinin Gürcüstana qayıdışı məsələsini şərh edərkən qeyd edib: pizza mizza

“Əgər Gürcüstan hakimiyyəti özünə hörmət etsəydi, Gürcüstanı ağır böhrandan çıxarmış, gürcü dövləti və xalqı qarşısında böyük xidmətləri olmuş dövlət xadimini, adam balası kimi öz ölkəsinə qayıtmasına imkan verərdi. Onlar öz vəzifələrini gürcü xalqı və dövlətindən daha çox sevdikləri üçün Saakaşviliyə qayıtmağa icazə vermirlər. O isə bu acı həqiqətlə razılaşıb və uzun müddət Ukraynada qalıb. O, sonralar Ukrayna prezidenti Volodimir Zelinskinin islahat komissiyasının sədri kimi işləmək əvəzinə, qeyr-rəsmi olaraq gizli yollarla Gürcüstana qayıtıb. Bu nə deməkdir? Bu o deməkdir ki, gürcü xalqının gələcəyini kimsə düşünmür”.

Zərdüşt Əlizadə Gürcüstandakı siyasi vəziyyəti də analiz edib:

“Hərçənd bütün Qafqaz onlara həsrət aparır ki, demokratiya qurublar, islahatlar həyata keçiriblər və s. amma siyasi mədəniyyət baxımından Afrika səviyyəsindədirlər. Qaldı ki Saakaşvili qayıdandan sonra necə üzə çıxacaq, tutacaqlar, ya tutmayacaqlara, yəni Qaçaq Nəbi kimi dağlarda gizlənəcək, at çapacaq, maşında gizlənəcək, yoxsa Pənah Hüseyn kimi başına parik taxacaq... Bilinmir... Yalnız o bilinir ki, Saakaşvili deyib ki, mən qayıtmışam, deməli o həqiqətən də qayıdıb. Haradasa qeyri-leqal şəkildə Gürcüstanın ərazisindədir”.

Rafi Müslümov


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!