Saakaşvili tibbi yardımdan imtina etdi

saytların hazırlanması

Evə çatdırılma

Saakaşvili tibbi yardımdan imtina etdi

Siyasət

27 Oktyabr 2021 17:23 848


“Mixeil Saakaşvili bu gündən etibarən tibbi nəzarətdən imtina edir”.

Yenisabah.az xəbər verir ki, bunu onun ukraynalı həkimi Maksim Perebeynis Rustavidə jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, M.Saakaşvili aclıq aksiyasını yüngülləşdirən analiz və tibbi prosedurların aparılmasına razılıq verməyəcək. Sezar pizza

Həkim siyasətçini müayinə etməsi üçün ona imkanın yaradılmadığını bildirib.

M.Perebeynis M.Saakaşvilinin tibbi nəzarət altında saxlanılmasına ehtiyacın olduğunu vurğulayıb.

Qeyd edək ki, Gürcüstanın keçmiş prezidenti oktyabrın 1-də Tbilisidə saxlanılıb. Həmin gündən aclıq aksiyası keçirən siyasətçi oktyabrın 20-də həkim yardımına razılıq vermişdi.

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!