Saakaşvilinin ekstradisiyası ilə bağlı Gürcüstan XİN-dən açıqlama

saytların hazırlanması

Evə çatdırılma

Saakaşvilinin ekstradisiyası ilə bağlı Gürcüstan XİN-dən açıqlama

Siyasət

29 Oktyabr 2021 21:25 2529


Gürcüstan Xarici İşlər Nazirliyi eks-prezident Mixail Saakaşvilinin ekstradisiyası məsələsi ilə bağlı Ukrayna tərəfi ilə danışıqların aparılması barədə məlumatı təkzib edib.

Yenisabah.az xəbər verir ki, bundan əvvəl Ukrayna Ali Radasının deputatı Yuliya Klimenko gürcü jurnalistlərə bildirib ki, Saakaşvilinin Ukraynaya qaytarılması ilə bağlı diplomatik səviyyədə danışıqlar davam edir.

“Biz tam məsuliyyətlə bəyan edirik ki, məsələnin diplomatik yollarla Ukrayna tərəfi ilə müzakirə edilməsi barədə məlumat doğru deyil", - deyə XİN-in məlumatında bildirilir.  Dördpendirli pizza

Nazirliyin məlumatına görə, Saakaşvilinin Ukraynaya ekstradisiyası ilə bağlı əvvəllər danışıqlar aparılmayıb və hazırda da bu məsələ müzakirə olunmur./Qafqazinfo


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!