Gürcüstanda Vahid Milli Hərəkat Partiyasının qurultayı keçirilib.
“Yeni Sabah” xəbər verir ki, qurultayda Qriqol Vaşadze səs çoxluğu ilə partiyanın yeni sədri seçilib. Q.Vaşadzenin namizədliyinin lehinə 364 nümayəndə, əleyhinə 1 nəfər səs verib. O, sədrliyə yeganə namizəd olub.
Qriqol Vaşadze sonuncu seçkilərdə prezidentliyə namizəd olub. O, 2008-2012-ci illərdə Gürcüstanın xarici işlər naziri postunu tutub. Toyuqlu pizza
Qeyd edək ki, Vahid Milli Hərəkat Partiyasına bundan əvvəl sabiq prezident Mixail Saakaşvili rəhbərlik edib. M.Saakaşvili bugünkü qurultaya videobağlantı ilə qatılıb.
Telegram kanalımız