Gürcüstanın Vahid Milli Hərəkat Partiyasının Kvemo Kartli bölgə toplantısında partiyanın siyasi şurasının tərkibi açıqlanıb. Şuranın sədri Bakur Mgeladze, sədr müavini isə Rəfi Orucov seçilib.
Yenisabah.az xəbər verir ki, Siyasi Şuranın tərkibi və üzvləri səsvermə yolu ilə müəyyənləşdirilib. Görüşdə Levan Xabeişvili, Giorgi Vaşadze, David Kirlitadze, Giorgi Botkoveli və digər rəhbər şəxslər iştirak edərək bölgədəki problemlər, prioritetlər barədə müzakirələr keçirərək, gələcək planlarla bağlı müzakirə aparıblar.
Qeyd edək ki, Rəfi Orucov uzun müddət hakim partiyada yüksək rəhbər vəzifələrdə çalışıb, habelə Gürcüstanın ən gənc azərbaycanlı dövlət məmuru olub. Hakimiyyətin apardığı siyasətə etiraz əlaməti olaraq vəzifəsindən istefa verərək müxalifətə keçib və Mixeil Saakaşvilinin komandasında yer alıb. Sezar pizza
Rəfi Orucov Gürcüstan müxalifətinin azərbaycanlı liderlərindən biri hesab edilir.
Telegram kanalımız