Saatı oğurlanan oğulun atası “tapıldı” –   Video

saytların hazırlanması

Evə çatdırılma

Saatı oğurlanan oğulun atası “tapıldı” – Video

Xalqın səsi

29 İyun 2019 08:41 6135


İspaniyanın İbiza adasında 22 yaşlı azərbaycanlının 1 milyon dollardan artıq dəyəri olan saatı oğurlanıb və indi saat mövzusu gündəmin ən çox müzakirə olunan məsələsidir.

“Yeni Sabah” xəbər verir ki, son 3 gündə həmin saatı oğurlanan şəxsin kim olması ilə bağlı müxtəlif versiyalar səslənib. Amma səslənən 3 iddianın hər biri təkzib olunub.

Sosial şəbəkələrdə bu mövzu günlərdir trend olaraq qalmaqdadır. Görünən budur ki, saat sahibi olan oğulun valideynləri üzə çıxmayacaq. Ona görə də sosial şəbəkə istifadəçiləri “oğul atadan imtina etdi” deyə fikir bildirməkdə davam edirlər. Sezar pizza

Məşhur aktyor Tahir İmanov bu mövzu ilə bağlı komik çəkiliş edib. Və həmin oğula sahib çıxıb: “O mənim oğlumdur, yeni saat alacağam”.

Videonu təqdim edirik:

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!