Saatlıda 2 narkokuryer tutuldu

saytların hazırlanması

Evə çatdırılma

Saatlıda 2 narkokuryer tutuldu

Kriminal

23 Fevral 2023 13:57 809


Narkotik qarşılığında xarici ölkə vətəndaşına narkokuryerlik edən 2 nəfər saxlanılıb.

Yenisabah.az DİN-in mətbuat xidmətinə istinadla xəbər verir ki, Ağcəbədi rayon sakinləri Azər Həsənli və Həsən Hüseynov Saatlıda rayonunun Sarıcalar kəndi ərazisində tutulublar. 

Onlardan təmiz çəkisi 2 kiloqram 55 qram olan narkotik vasitə - heroin və 2 kiloqramdan artıq marixuana aşkar edilərək götürülüb.  Dominos pizza

Saxlanılan şəxslər ifadələrində narkokuryerlik etdiklərini etiraf ediblər.

Araşdırmalar zamanı A.Həsənlinin və H.Hüseynovun kənd ərazisində gizlədilən narkotik vasitələri götürərək Bakı şəhərində qabaqcadan təyin olunan yerə çatdırmalı olduqları müəyyən edilib. Həmin narkotacir isə narkokuryerlərə bunun müqabilində 50 qram heroin verəcəyini vəd edib.

Faktla bağlı Saatlı RPŞ-nin İstintaq Bölməsində cinayət işi başlanılıb, saxlanılan hər iki şəxs barəsində rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!