Saatlıda ev partlayıb - Xəsarət alan var

saytların hazırlanması

Evə çatdırılma

Saatlıda ev partlayıb - Xəsarət alan var

Rəsmi

04 Aprel 2019 15:47 919


Saatlı rayonunun Xanlarkənd kəndində ümumi sahəsi 80 m² olan birmərtəbəli 3 otaqlı evdə yanğınla nəticələnən ani partlama baş verib.

FHN-dən "Yeni Sabah"a verilən məlumata görə, yanğın zamanı otaqların birində qamışdan ibarət tavan 1 m² sahədə və yataq dəsti qismən yanıb.

Hadisə nəticəsində 1 nəfər xəsarət alıb. pizza mizza

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

İlkin ehtimala görə, ani partlama məişət qazının sızması nəticəsində baş verib.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır;


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!