Saatlıda heyvanlar peyvəndləndi

saytların hazırlanması

Evə çatdırılma

Saatlıda heyvanlar peyvəndləndi

Sosial

29 Yanvar 2019 17:32 909


Saatlıda heyvanlar arasında iti yoluxucu xəstəliklərə qarşı profilaktik tədbirlər aparılır.

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətindən “Yeni Sabah”a verilən məlumata görə, Saatlıda bu tədbirlər 2019-cu ilin ilk günlərindən başlanılıb. Artıq 44 kəndi, 1 şəhəri əhatə edən Saatlı rayonunda 46500 baş iribuynuzlu, 1293 baş təkdırnaqlı heyvanlar arasında qarayara əleyhinə profilaktik tədbirlər həm fərdi, həm də fermer təsərrüfatlarında aparılıb.

Dövlət Baytarlıq Xidmətinin Saatlı Rayon Baytarlıq İdarəsinə verilən peyvənd vasitələri “soyuq zəncir” rejimi gözlənilməklə 12 sahə baytarlıq məntəqələrinə termocamadanlarla çatdırılıb və heyvanlara tətbiq edilir. Bununla yanaşı, 490 baş iribuynuzlu heyvandan bruselyoz xəstəliyinin müayinəsi üçün qan nümunələri götürülüb. Həmçinin 342 ev itində quduzluğa qarşı profilaktik peyvəndləmə tədbirləri aparılıb. Marqarita pizza

Tədbirlər yekunlaşdıqdan sonra 1800 kvadratmetr ərazidə profilaktik dezinfeksiya işləri həyata keçirilib.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!