İranın danışıqlar aparan nümayəndə heyəti ABŞ rəsmiləri ilə görüşmək üçün Pakistana getməyib
"Yeni Sabah" IRNA-ya istinadla xəbər verir ki, ABŞ vitse-prezidenti Cey Di Vensin bu gün Pakistana səfəri gözlənilir və ABŞ ilə İran arasında danışıqlar aprelin 22-də keçirilməlidir.
ABŞ Prezidenti Donald Tramp İran tərəfinin İslamabada vaxtında çatacağına əminliyini bildirib, lakin rəsmi Tehran yeni danışıqlar mərhələsində iştirak etmək planlarının olmadığını açıqlayıb. pizza
Bazar ertəsi günü "Əl-Cəzirə" ABŞ və İrandan olan danışıqlar aparan nümayəndə heyətlərinin İslamabada səfərinə hazırlaşdığını bildirib.
ABŞ və İran arasında müharibə aprelin 7-də dayandırılıb və İsrail də zərbələrini dayandırıb. Atəşkəs aprelin 22-də başa çatır.
Telegram kanalımız