Sabah Azərbaycanda hava necə olacaq? 

saytların hazırlanması

Evə çatdırılma

Sabah Azərbaycanda hava necə olacaq? 

Maraqlı

25 Avqust 2020 14:09 959


Avqustun 26-da gözlənilən hava şəraiti açıqlanıb. 

Yenisabah.az Milli Hidrometeorologiya Xidmətinə istinadla xəbər verir ki, sabah Bakıda və Abşeron yarımadasında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub küləyi əsəcək. 

Havanın temperaturu Abşeron yarımadasında gecə 17-20,  gündüz 25-28, Bakıda  gecə 17-19, gündüz  26-28 dərəcə isti olacaq.  Marqarita pizza

Atmosfer  təzyiqi norma daxilində 761 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 40-45 faiz təşkil edəcək.

Abşeron çimərliklərində mülayim cənub küləyi əsəcək. Dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 22-23, Türkan, Hövsan, Sahil, Şıxda isə 23-24 dərəcə isti olacaq.

26 avqustda Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir.  

 Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu  gecə 15-18, gündüz 25-30, dağlarda gecə 5-10, gündüz 13-18 dərəcə  isti olacaq.   

 Tibbi-meteoroloji proqnoza əsasən, avqustun 26-27-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən  əlverişlidir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!