Sabah Bakının 2 rayonunda qaz olmayacaq

Sabah Bakının 2 rayonunda qaz olmayacaq

Sosial Veb saytların hazırlanması

21 Sentyabr 2023 17:28 323


Sabah paytaxtın Qaradağ və Səbail rayonlarında qaz olmayacaq.

Yenisabah.az xəbər verir ki, bu barədə “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.

“Qaz İxrac” İdarəsinin sifarişi əsasında “Daşgil-8” ölçü qovşağının çıxış xəttində aparılacaq təmir işləri ilə bağlı sabah saat 10:00-dan 14:00-dək “Duvannı” və “Qobustan” Qaz Paylayıcı Stansiyalardan (QPS), “El Metal plus” MMC, “DSU-2”, “2 saylı Yol İstismar İdarəsi” və “Polad Yol YAPI sənaye MMC” ölçü qovşaqlarından qaz təchizatının dayandırılması planlaşdırılır.

Yasamal rayonu, Xarici Dairəvi Avtomobil yolunun kənarında yerləşən “Kristal Bakı” ASC-yə məxsus yaşayış kompleksinin tikinti sahəsindən keçən “Səbail QPS qolu” qaz kəmərinin təhlükəsiz əraziyə köçürülməsi məqsədilə yeni çəkilmiş magistral qaz kəmərinin bir hissəsinin qaznəqli şəbəkəsinə birləşdirilməsi məqsədilə saat 09:30-dan təmir işləri başa çatanadək “Səbail” və “Yasamal” ölçü qovşaqlarından qaz təchizatının dayandırılması planlaşdırılır.

Təmir işləri aparılan müddətdə Qaradağ rayonunun Qobustan qəsəbəsinin (tam olaraq) eləcə də Səbail rayonunun Bayıl qəsəbəsinin (tam olaraq) və Badamdar qəsəbəsinin (bir hissəsinin) qaz təchizatında müvəqqəti fasilə yaranacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!