Sabah Bakının iki rayonunda qaz olmayacaq

saytların hazırlanması

Evə çatdırılma

Sabah Bakının iki rayonunda qaz olmayacaq

Sosial

28 Avqust 2024 18:16 309


Sabah Bakının Sabunçu və Suraxanı rayonlarının bir hissəsinin qaz təchizatında fasilə yaranacaq.

Yenisabah.az xəbər verir ki, bu barədə "Azəriqaz" İstehsalat Birliyi məlumat yayıb.

Məlumata görə, "Ramana" ölçü qovşağından qidalanan orta təzyiqli qaz kəmərində aşkar olunmuş qaz sızmasının ləğv olunması məqsədilə avqustun 28-də saat 15:55-dən etibarən qaz təchizatı dayandırılıb. pizza hut

Təmir-bərpa işləri ilə əlaqədar Sabunçu rayonunun Ramana qəsəbəsinin, Yeni Ramana qəsəbəsinin D.Bünyadzadə, H.Z.Tağıyev, Deputat, Yeni Zaman küçələrinin tam olaraq, Sabunçu qəsəbəsinin bir hissəsinin və Suraxanı rayonu ərazisində Deputatski küçəsinin bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!