Sabah Bakıya qar yağacaq - Yollar buz bağlayacaq 

saytların hazırlanması

Evə çatdırılma

Sabah Bakıya qar yağacaq - Yollar buz bağlayacaq 

Sosial

22 Yanvar 2024 13:13 7551


Yanvarın 23-də Bakıda və Abşeron yarımadasında havanın arabir yağıntılı olacağı gözlənilir. Bəzi yerlərdə sulu qara, qara keçəcəyi ehtimalı var. 

Yenisabah.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. 

Bildirilib ki, arabir güclənən şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə və gündüz 1-4° isti olacaq. Atmosfer təzyiqi normadan yuxarı 774 mm civə sütunu olacaq. Nisbi rütubət 75-85 % olacaq.  pizza

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Arabir duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.Havanın temperaturu gecə 3° şaxtadan 2°-dək isti, gündüz 2-5° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 0-5° şaxta olacaq. 

Dağlıq və dağətəyi ərazilərdə gecə və səhər yolların buz bağlama ehtimalı var. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!