Sabah Bakıya yağış yağacaq   - Proqnoz açıqlandı

saytların hazırlanması

Evə çatdırılma

Sabah Bakıya yağış yağacaq - Proqnoz açıqlandı

Sosial

12 Aprel 2026 12:42 7112


Aprelin 13-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən "Yeni Sabah"a verilən məlumata görə, lakin gecə və axşam bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi gündüz mülayimləşəcək.

Havanın temperaturu gecə 8-10° isti, gündüz 11-14° isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunundan 763 mm civə sütununa yüksələcək. Nisbi rütubət 65-75 % olacaq. Toyuqlu pizza

Azərbaycanın rayonlarında hava şəraitinin bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq ərazilərə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 6-10° isti, gündüz 12-16° isti, dağlarda gecə 1° şaxtadan 4°-dək isti, gündüz 4-7° isti olacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!