Sabah BMT baş katibi Ukraynaya gedir

saytların hazırlanması

Evə çatdırılma

Sabah BMT baş katibi Ukraynaya gedir

Dünya

27 Aprel 2022 17:12 407


BMT-nin baş katibi Antonio Quterreş və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.

Yenisabah.az xəbər verir ki, söhbət zamanı baş katibi Moskvada Rusiya prezidenti Vladimir Putinlə təmasları barədə məlumat verib.

Bundan əvvəl Quterreş Ankarada Ərdoğanla görüşüb. Daha sonra Moskvada Rusiyanın xarici işlər naziri Sergey Lavrovla danışıqlar aparıb və Rusiya prezidenti tərəfindən qəbul edilib. Marqarita pizza

Ukraynaya gedərkən o, Polşa prezidenti Anjey Duda ilə görüşüb.

Hazırda Antonio Quterreşin Ukraynanın xarici işlər naziri Dmitri Kuleba və prezident Voladimir Zelenski ilə görüşmək üçün Ukraynaya gedəcəyi gözlənilir.

Səfər aprelin 28-nə planlaşdırılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!