Sabah da güclü külək olacaq –   Diqqətli olun!

saytların hazırlanması

Evə çatdırılma

Sabah da güclü külək olacaq – Diqqətli olun!

Rəsmi

30 İyun 2019 12:06 1077


Ekologiya və Təbii Sərvətlər Nazirliyi sabaha gözlənilən havaa şəraiti haqda açıqlama yayıb.

Nazirlikdən “Yeni Sabah”a daxil olan xəbərdə bildirilir ki, sabah Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə yağış yağacağı, günün ikinci yarısında dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Güclü şimal-qərb küləyi günün ikinci yarısında mülayimləşəcək. 

Havanın temperaturu  gecə 19-22° isti, gündüz  23-26° isti, Bakıda gecə 19-21° isti, gündüz  24-26°  isti təşkil edəcək. Marqarita pizza

Atmosfer  təzyiqi 756 mm civə sütunundan  763 mm civə sütununa  yüksələcək. Nisbi rütubət  75-85  % olacaq.   

Abşeron çimərliklərində gözlənilən  hava şəraiti

Şimal çimərliklərində: (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) güclü şimal-qərb küləyi əsəcək.  Dəniz suyunun temperaturu  22-23° isti təşkil edəcək.

Cənub çimərliklərində: (Türkan, Hövsan, Sahil, Şıx) Güclü şimal-qərb küləyi əsəcək, dəniz suyunun temperaturu  23-24° isti təşkil edəcək.  

Azərbaycanın rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Ayrı-ayrı yerlərdə arabir güclənən qərb küləyi əsəcək.  Havanın temperaturu gecə 18-23° isti, gündüz 25-30° isti, dağlarda gecə 9-14° isti,  gündüz  18-23°  isti təşkil edəcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!