Sabah güclü xəzri küləyi əsəcək   - Hava proqnozu

saytların hazırlanması

Evə çatdırılma

Sabah güclü xəzri küləyi əsəcək - Hava proqnozu

Maraqlı

30 May 2020 14:20 1361


Azərbaycanda mayın 31-də müşahidə olunacaq hava şəraiti açıqlanıb.

Yenisabah.az Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, lakin gecə bəzi yerlərdə qısamüddətli az yağış yağacağı gözlənilir.

Səhər duman olacaq, güclü şimal-qərb küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 17-19, gündüz  20-24, Bakıda  gecə 17-19, gündüz 22-24 dərəcə isti olacaq. pizza sifarişi

Atmosfer təzyiqi 760 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 40-45 faiz təşkil edəcək.

Mayın 31-də Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi gözlənilir.

Səhər bəzi yerlərdə duman olacaq, qərb küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 16-21, gündüz 30-35, dağlarda gecə 8-13, gündüz 15-20 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoza görə, mayın 30-u gündüzdən 31-i axşamadək Abşeron yarımadasında güclü xəzri küləyinin əsəcəyi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişsizdir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!