Sabah hava necə olacaq? - PROQNOZ

saytların hazırlanması

Evə çatdırılma

Sabah hava necə olacaq? - PROQNOZ

Sosial

08 Sentyabr 2024 12:28 361


Ölkə ərazisində sentyabrın 9-na gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Yenisabah.az-a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir.

Bildirilib ki, sabah şimal-qərb küləyi gündüz mülayim cənub-şərq küləyi ilə əvəz olunacaq. Toyuqlu pizza

Havanın temperaturu gecə 19-22 dərəcə isti, gündüz 27-31 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 762 millimetr civə sütunu olacaq. Nisbi rütubət gecə 70-75%, gündüz 40-45% olacaq.

Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli az yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 14-19 dərəcə isti, gündüz 28-32 dərəcə isti, dağlarda gecə 8-13 dərəcə isti, gündüz 13-18 dərəcə isti olacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!