Sabah Lerikin 42 kəndində qaz kəsiləcək

saytların hazırlanması

Evə çatdırılma

Sabah Lerikin 42 kəndində qaz kəsiləcək

Sosial

29 Avqust 2024 01:25 196


Sabah Lerik rayonunun 42 kəndində qazın verilişi dayandırılacaq.

"Report"un Muğan bürosunun məlumatına görə, Lerik şəhəri E.Qarayev küçəsində yerləşən şəhid atası Mövlanov Tahir Xanış oğluna məxsus torpaq sahəsindən keçən orta təzyiqli yeraltı və yerüstü qaz kəmərlərinin yerinin dəyişdirilməsindən ötrü Cəngəmiran kəndi istiqamətində 42 kənd olmaqla, ümumilikdə 2 800 abonentin qaz təchizatının sabah saat 10-00-dan işlər yekunlaşanadək dayandırılması planlaşdırılır.

Qaz təchizatı avadanlıqlarını nəzarətdə saxlamaq və təhlükəsizlik tədbirlərinə riayət etmək sizdən xahiş edilir. Dominos pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!