Sabah leysan olacaq

saytların hazırlanması

Evə çatdırılma

Sabah leysan olacaq

Rəsmi

09 May 2019 10:53 1497


Sabah Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

“Yeni Sabah” xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yaydığı məlumata görə, gecə və səhər bəzi yerlərdə zəif duman, çiskin olacağı, axşam isə yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi  gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. 

Havanın temperaturu  gecə 14-18° isti, gündüz  22-26° isti, Bakıda gecə 16-18° isti, gündüz  24-26°  isti təşkil edəcək. Atmosfer  təzyiqi normadan aşağı  756 mm civə sütununu təşkil edəcək. Nisbi rütubət   70-80 % olacaq.     Dördpendirli pizza

Azərbaycanın rayonlarında fasilələrlə  yağış yağacağı, bəzi yerlərdə leysan xarakterli intensiv olacağı gözlənilir. Şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər ayrı-ayrı yerlərdə duman. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 13-18° isti, gündüz  23-28° isti, dağlarda gecə 8-13°  isti,  gündüz  15-18°  isti təşkil edəcək.  


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!