“Sabah” “Qarabağ”a qalib gəldi

saytların hazırlanması

Evə çatdırılma

“Sabah” “Qarabağ”a qalib gəldi

İdman

18 Aprel 2026 21:56 993


Futbol üzrə Azərbaycan Premyer Liqasında XXVIII turun daha bir oyunu keçirilib.

“Yeni Sabah” xəbər verir ki, "Qarabağ" Tofiq Bəhramov adına Respublika Stadionunda "Sabah"ı qəbul edib. Qarşılaşma qonaqların 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Yeganə qolu Abdullah Xaybullayev vurub. Dördpendirli pizza

Bakı klubu 69 xalla turnir cədvəlinə başçılıq edir. Liderdən bir oyun az keçirən Ağdam təmsilçisi isə 56 xalla 2-ci sırada yer alıb.

Günün ilk görüşündə Yevlaxda "Karvan-Yevlax" "Şamaxı"nı qəbul edib. Matç ev sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Hazırda meydan sahibi komanda 14 xalla sonuncu - 12-ci, qonaqlar isə 32 xalla 7-ci pillədə qərarlaşıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!