Sabah rayonlara yağış yağacaq

Sabah rayonlara yağış yağacaq

Sosial Veb saytların hazırlanması

25 Yanvar 2019 00:13 1132


Sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Gecə və səhər arabir güclənən cənub-qərb küləyi axşam mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən “Yeni Sabah”a daxil olan xəbərə görə, havanın temperaturu Abşeron yarımadasında gecə 1-5, gündüz 8-13, Bakıda gecə 3-5, gündüz 10-12 dərəcə isti təşkil edəcək.

Atmosfer təzyiqi norma daxilində 760 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz olacaq.

Azərbaycanın rayonlarında yanvarın 25-də hava əsasən yağmursuz keçəcək, lakin səhər bəzi qərb rayonlarında yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsasən dağlıq ərazilərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 8-13 dərəcə isti, dağlarda gecə 1-6 dərəcə şaxta, gündüz 5-10 dərəcə isti təşkil edəcək.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!