“Sabah” futbol klubu heyətini yeni oyunçu ilə gücləndirib.
“Yeni Sabah” xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Premyer Liqanın debütantı qapıçı Əmirhüseyn Nəcəfi ilə müqavilə imzalayıb. 22 yaşlı qolkiperlə 2020-ci ilin mayınadək müqavilə bağlanılıb.
İranın “İstiqlal” komandasının yetirməsi olan Nəcəfi karyerası ərzində bu klubla yanaşı, “Səbail”in də uğurları üçün çalışıb. Gənc qapıçı bir neçə dəfə Azərbaycanın U-21 millisinə dəvət alıb. pizza mizza
Nəcəfi “Sabah”da 96 nömrəli formada çıxış edəcək.
Telegram kanalımız