Sabah temperatur 38 dərəcəyə yüksələcək

saytların hazırlanması

Evə çatdırılma

Sabah temperatur 38 dərəcəyə yüksələcək

Sosial

24 Avqust 2024 13:31 1820


Avqustun 25-də Bakıda və Abşeron yarımadasında külək əsəcək, bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacaq.

“Yeni Sabah” xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti xəbərdarlıq yayıb.

Bildirilib ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Arabir güclənən şimal-qərb küləyi əsəcək. Sezar pizza

Havanın temperaturu gecə 20-25°, gündüz 28-32° olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunundan 756 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 60-70%, gündüz 50-55% olacaq.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Gecə və səhər bəzi dağlıq ərazilərdə zəif duman olacaq. Şərq küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu temperaturu gecə 22-27°, gündüz 33-38°, dağlarda gecə 13-18°, gündüz 20-25° olacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!