Sabah zəvvarların son qrupu vətənə dönür

saytların hazırlanması

Evə çatdırılma

Sabah zəvvarların son qrupu vətənə dönür

Din

19 İyun 2025 14:45 4813


Bu gün azərbaycanlı zəvvarların növbəti, sabah isə son qrupu Həcc ziyarətindən Vətənə qayıdacaq.

Yenisabah.az report-a istinadla xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Xarici Əlaqələr şöbəsinin müdiri, Həcc elektron sisteminin rəhbəri Vüsal Cahangiri bildirib.

O deyib ki, bu gün özü ilə bərabər 170 nəfər zəvvar qayıdacaq. Onlar səhər saatlarında Bakıya çatacaqlar. pizza hut

V.Cahangiri qeyd edib ki, sonuncu zəvvar qrupu isə iyunun 20-si axşam saatlarında Vətənə dönəcək. Bu qrupda isə 190 nəfərin qayıdışı gözlənilir.

Qeyd edək ki, Azərbaycandan Həcc ziyarətinə ilk qrup mayın 25-də yola düşmüşdü.

Bir nəfər üçün ziyarət paketinin qiyməti 5 950 ABŞ dolları təşkil edirdi. Bu il Həcc ziyarətinə getmək istəyən azərbaycanlı zəvvarlar üçün 1 250 kvota yeri ayrılmışdı.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!