Sabah ölkəmizdə gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən “Yeni Sabah”a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında sabah arabir yağış yağacağı gözlənilir. Gündüz yağışın tədricən kəsəcəyi, mülayim şiml-şərq küləyi əsəcəyi gözlənilir.
Havanın temperaturu Abşeron yarımadasında gecə 18-20, gündüz 21-25, Bakıda gecə 18-20, gündüz 23-25 dərəcə isti təşkil edəcək. pizza mizza
Atmosfer təzyiqi normadan aşağı 761 mm civə sütunu, nisbi rütubət 75-85 faiz olacaq.
Abşeron çimərliklərində mülayim şimal-şərq küləyi əsəcək. Dəniz suyunun temperaturu şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 22-23, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) 23-24 dərəcə isti təşkil edəcək.
Azərbaycanın rayonlarında sabah şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Gecə bəzi şimal və şərq rayonlarında yağışın intensiv və güclü olacağı, dolu düşəcəyi ehtimalı var. Gündüz ayrı-ayrı rayonlarda yağış tədricən kəsiləcək. Şərq küləyi bəzi yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 16-20, gündüz 22-27, dağlarda gecə 9-14, gündüz 15-20 dərəcə isti təşkil edəcək.
Telegram kanalımız