Sabahdan “28 May” və “Elmlər Akademiyası” stansiyaları...   - AÇIQLAMA

saytların hazırlanması

Evə çatdırılma

Sabahdan “28 May” və “Elmlər Akademiyası” stansiyaları... - AÇIQLAMA

Sosial

20 Avqust 2020 22:50 1690


Avqustun 21-dən etibarən metronun “28 May” və “Elmlər Akademiyası” stansiyalarının vestibülləri səhər pik saatlarında da ödəmə terminallarından istifadə üçün açıq olacaq.

Yenisabah.az xəbər verir ki, bu barədə BNA açıqlama yayıb.

Bildirilib ki, sərnişinlər saat 06:30-dan saat 12:00-dək “28 may" və "Elmlər Akademiyası” stansiyalarının vestibülündəki ödəmə terminallarından istifadə edə biləcək: pizza

“Sərnişinlərdən vestibüllərdə maskadan istifadə etmələrini və sosial məsafəni gözləmələrini xahiş edirik. Tövsiyə edirik ki, “BakıKart”ın balansını artırmaqla bağlı işlərini planlı qursunlar.

Əvvəlcədən tədbirli davranış lüzumsuz vaxt itkisinə məruz qalmamaq, eləcə də pandemiya dövründə yolxuma riskini minimuma endirmək baxımından əhəmiyyətlidir”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!