Sabahdan ali məktəblərə qəbul olunanların qeydiyyatına start veriləcək

saytların hazırlanması

Evə çatdırılma

Sabahdan ali məktəblərə qəbul olunanların qeydiyyatına start veriləcək

Sosial

28 Avqust 2024 00:17 229


Sabah saat 11:00-da ali təhsil müəssisələrinə bakalavriat səviyyəsi üzrə qəbul olunanlar üçün qeydiyyat prosesinə start veriləcək.

Yenisabah.az xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Qeyd edilib ki, abituriyentlər https://portal.edu.az/ platformasında "Ali və orta ixtisas təhsili pilləsinə təhsilalan qeydiyyatı" xidmətini seçməklə müraciət edə bilərlər. Açılan səhifədə şəxsi və qəbul məlumatlarının təsdiqi, həmçinin tələb olunan sənədlərin əlavə edilməsi mümkündür. Toyuqlu pizza

Elektron sistem üzrə qeydiyyat 6 sentyabr saat 18:00-da başa çatacaq.

Nazirlikdən bildirilib ki, müvafiq xidmət vasitəsilə qeydiyyatdan keçməyən və təhsil müəssisəsindən təsdiq almayan şəxslər qəbul olunanların siyahısından xaric ediləcəklər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!