Sabahdan Bakı yuyulacaq - Açıqlama

saytların hazırlanması

Evə çatdırılma

Sabahdan Bakı yuyulacaq - Açıqlama

Xalqın səsi

21 Mart 2020 21:24 5407


Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat xidməti sakinlərin nəzərinə çatdırır ki, koronavirus (COVİD - 19) infeksiyasının yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə gündəlik olaraq səhər saat 06:00-dan 08:00-dək, axşam saatlarında saat 21:00-dan 23:00-dək xüsusi kommunal texnikalar vasitəsi ilə şəhərin küçələri yuyulacaq.

Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat xidmətindən “Yeni Sabah”a daxil olan xəbərə görə, bundan əlavə gün ərzində yaşayış binalarının həyətlərində, giriş bloklarında, lift kabinlərində, pilləkən marşlarında, konteyner meydançalarında və sakinlərin daha çox istifadə etdiyi yerlərdə dezinfeksiyaedici tədbirlər aparılacaq.

  Toyuqlu pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!