Sabahdan məktəbli formaları ucuzlaşır - RƏSMİ

saytların hazırlanması

Evə çatdırılma

Sabahdan məktəbli formaları ucuzlaşır - RƏSMİ

Sosial

23 Avqust 2024 17:53 322


Azərbaycanda yeni tədris ili üçün nəzərdə tutulan məktəbli formaları sabahdan ucuzlaşacaq. 

Yenisabah.az xəbər verir ki, bu barədə "Operativ Media"ya açıqlamasında Bakı Tikiş Evinin (BTE) şöbə müdiri Etibar Əzimov bildirib. 

O, BTE-nin yeni tədris ilinə tam hazır olduğunu söyləyib:  Sezar pizza

"Bu il 25 manata satılan şalvar və ətəklər 20 manata salınıb. Sabahdan isə məktəblilərin polo köynəklərinin qiyməti 15 manatdan - 12 manata endiriləcək. Bu formalara BTE tərəfindən 1 il zəmanət verilir", - deyə şöbə müdiri qeyd edib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!