Sabahdan Türkiyə vətəndaşları Azərbaycana vizasız gələcək

saytların hazırlanması

Evə çatdırılma

Sabahdan Türkiyə vətəndaşları Azərbaycana vizasız gələcək

Siyasət

31 Avqust 2019 07:53 1196


Azərbaycan sabahdan Türkiyə vətəndaşları üçün viza rejimini ləğv edəcək.

"Yeni Sabah" xəbər verir ki, bununla bağlı qərar sentyabrın 1-dən qüvvəyə minəcək. 

Qərara əsasən, Azərbaycana 30 günədək müddətə səfər etmək istəyən Türkiyə Respublikasının ümumvətəndaş pasportuna malik vətəndaşları üçün viza tələbi ləğv olunur.  Dominos pizza

Bundan əlavə, Azərbaycan ərazisində 30 gündən artıq qalmaq istəyən Türkiyə Respublikası vətəndaşlarının statusu Azərbaycan Respublikasının müvafiq qanunları ilə tənzimlənir.

Həmçinin, Türkiyə Respublikası Hökumətinin qərarına əsasən, bu ölkəyə 30 günədək səfər edən Azərbaycan Respublikası vətəndaşları da viza tələbindən azad edilib.

Qeyd edək ki, iyul ayında Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi tərəfindən Türkiyə Respublikasının Xarici İşlər Nazirliyinə viza tələbinin ləğvi ilə bağlı nota ünvanlanıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!