Qar, şaxta, külək... -   SABAHIN HAVASI

saytların hazırlanması

Evə çatdırılma

Qar, şaxta, külək... - SABAHIN HAVASI

Sosial

03 Fevral 2026 12:49 253


Fevralın 4-də Bakıda və Abşeron yarımadasında arabir yağıntılı olacağı, bəzi yerlərdə intensivləşəcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə sulu qara, qara keçəcəyi ehtimalı var. Güclü şimal-qərb küləyi əsəcək.

Bu barədə “Yeni Sabah”a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.  

Havanın temperaturu gecə və gündüz 1-5 dərəcə isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunundan 767 mm civə sütununa yüksələcək. Nisbi rütubət 80-90 % təşkil edəcək. Marqarita pizza

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 2-6, gündüz 7-12 dərəcə isti, dağlarda gecə və gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti olacaq.

Aytac Əliyeva


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!