Sabiq Ermənistan prezidentinin sirri faş oldu -   İstintaq Komitəsi cinayət işi açdı

saytların hazırlanması

Evə çatdırılma

Sabiq Ermənistan prezidentinin sirri faş oldu - İstintaq Komitəsi cinayət işi açdı

Rəsmi

23 Aprel 2023 14:30 1306


Eks-prezident Armen Sarkisyanın xarici vətəndaşlığı ilə bağlı iş Ermənistan İstintaq Komitəsinə göndərilib.

Yenisabah.az "Sputnik Armenia"ya istinadla xəbər verir ki, bu barədə məlumatı Milli Təhlükəsizlik Xidməti yayıb.

Bundan əvvəl Ermənistan mediası A. Sarkisyanın ən azı prezident seçilməzdən əvvəl Qəraib hövzəsindəki Sent Kitts və Nevis dövlətinin vətəndaşlığına malik olması barədə məlumat yayıb. Marqarita pizza

Buna əsasən onun prezident seçilmək hüququ yox idi.

Milli Təhlükəsizlik Xidməti cavab olaraq bildirib ki, iş üzrə istintaq hərəkətləri aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!