Sabiq məmurun qətli ilə bağlı cinayət işi başlandı

saytların hazırlanması

Evə çatdırılma

Sabiq məmurun qətli ilə bağlı cinayət işi başlandı

Kriminal

13 Sentyabr 2019 09:59 1055


Hüquqşünas Firudin Ələkbərlinin qətlə yetirilməsi ilə bağlı cinayət işi başlanıb.

"Yeni Sabah" bildirir ki, Tovuz rayon Prokurorluğundan Oxu.Az-a verilən məlumata görə, sentyabrın 13-də səhər saatlarında 1959-cu il təvəllüdlü Əli Şamıyev Tovuz rayonunda nümayəndəlik fəaliyyəti ilə məşğul olan 1963-cü il təvəllüdlü Firudin Ələkbərlini Tovuz şəhərində şəxsi münasibətlər zəminində odlu silahdan atəş açmaqla qəsdən öldürüb. 

Faktla bağlı Tovuz rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) və 228.1-ci (Qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) maddələri ilə cinayət işi başlanıb. Toyuqlu pizza

Ə.Şamıyevin F.Ələkbərlini qəsdən öldürməsinə kifayət qədər şübhələr olduğundan o şübhəli şəxs qismində tutulub.

Qeyd edək ki, hadisəni törədən “Göl Əli” ləqəbli Ə.Şamıyev könüllü olaraq polisə təslim olub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!