Sabiq nazirin oğluna hökm oxundu 

saytların hazırlanması

Evə çatdırılma

Sabiq nazirin oğluna hökm oxundu 

Kriminal

26 Yanvar 2026 14:21 15875


Azərbaycanın sabiq iqtisadi əlaqələr naziri Qüdrət Quliyevin ABŞ-də yaşayan oğlu Murad Quliyevə qiyabi hökm oxunub.

“Yeni Sabah” Gununsesi.info-ya istinadla bildirir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə Murad Quliyev  qiyabi olaraq 6 il müddətinə azadlıqdan məhrum edilib.

O, Cinayət Məcəlləsinin 281.2-ci (Dövlət əleyhinə yönələn açıq çağırışlar; eyni əməllər təkrar və ya bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə təqsirli bilinib. Toyuqlu pizza

Cinayət işində iddia olunur ki, bloger müxtəlif illərdə sosial media hesablarında Azərbaycanda “qanuni əsaslarla formalaşmış və fəaliyyət göstərən mövcud hakimiyyətə qarşı zor tətbiqi çıxmağı təşviq edən açıq çağırışlar” yayıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!