Sabiq polis rəisi intihar etdi - Ermənistanda

saytların hazırlanması

Evə çatdırılma

Sabiq polis rəisi intihar etdi - Ermənistanda

Hadisə

24 Sentyabr 2019 08:17 1244


Ermənistan polisinin keçmiş rəisi Ayk Arutyunyan villasında başından güllə yarası almış vəziyyətdə tapılıb.

"Yeni Sabah"ın “Sputnik Ermənistan”a istinadən verdiyi məlumata görə, Arutyunyanın malikanəsində meyitinin aşkar olunması barədə məlumat polisə 23 sentyabr saat 23:50 radələrində daxil olub. 

İlkin ehtimala görə, eks-rəis intihar edib. pizza

Hadisə yerinə baxış keçirilərkən odlu silah və patron qutusu aşkarlanıb.

Faktla bağlı cinayət işi açılıb.

Qeyd olunur ki, A. Arutyunyan 1999-2003-cü illərdə Daxili işlər naziri, 2003-2008-ci illərdə polis rəisi olub. 2010-2014-cü illərdə isə Ədliyyə Nazirliyinin cinayət icra şöbəsinə rəhbərlik edib.

O, 1 mart 2008-ci il hadisələri ilə bağlı sənədlərin saxtalaşdırılması faktı üzrə işin də şahidi olub.

/Qafqazinfo


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!